Hava şəraiti ilə bağlı xəbərdarlıq

Sep 29, 2025 - 15:14
 0  25
Hava şəraiti ilə bağlı xəbərdarlıq

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti barədə əhaliyə xəbərdarlıq yayıb.

Sinoptiklərin proqnozuna görə, 30 sentyabrda Qərbi Gürcüstanda, eləcə də 30 sentyabrın ikinci yarısından 2 oktyabrın günün ilk yarısınadək Şərqi Gürcüstanda yağış, bəzi yerlərdə isə güclü leysan, ildırım, dolu və küləyin güclənməsi gözlənilir.

Agentliyin məlumatında qeyd olunur ki, gözlənilən yağıntılar nəticəsində ölkənin iri çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda daşqınlar, həmçinin dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel hadisələrinin başvermə ehtimalı yüksəkdir.

Qurum təhlükənin səviyyəsini orta dərəcəli kimi qiymətləndirib.

mənbə: interpress