Məhkəmə Saakaşvili ilə bağlı qərar verib, 9 milyon lari dövlətə ödənməlidir

Sep 29, 2025 - 15:00
Sep 29, 2025 - 19:10
 0  44
Məhkəmə Saakaşvili ilə bağlı qərar verib, 9 milyon lari dövlətə ödənməlidir

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Temur Canaşia dövlət xeyrinə 9 milyon laridən çox vəsaiti ödəməlidirlər.

Bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Aleksandre Qzirişvili bu gün, 29 sentyabr tarixində qəbul edib.

Bu, Maliyyə Nazirliyi tərəfindən Saakaşvili və Canaşia əleyhinə başlanan mülki iddia idi və bu, onların “püncək işi” məsələsi üzrə cəzalandırılmasından sonra həyata keçirilirdi. Cinayət işi üzrə qərarı hakim Badri Koçlamazişvili bir neçə ay əvvəl, 2025-ci il 12 mart tarixində çıxarmışdı.

O, keçmiş prezident Saakaşvilini büdcə vəsaitlərini israf etdiyinə görə 9 il müddətinə həbsə məhkum etmiş, Temur Canaşia isə xidməti səlahiyyətlərdən sui-istifadəyə görə 300 000 lari məbləğində cərimələnmişdi.

mənbə: marnulifm