Hava durumu ilə bağlı xəbərdarlıq edildi

Apr 5, 2025 - 22:48
 0  36
Hava durumu ilə bağlı xəbərdarlıq edildi

6 aprel tarixindən 7 aprelədək ölkə ərazisində fasilələrlə yağış və ildırım gözlənilir.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xüsusilə, ölkənin qərb bölgələrində yağıntıların güclü olması və küləyin sürətlənməsi ehtimal olunur.

“Gözlənilən yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda isə daşqınlara səbəb ola bilər. Dağlıq bölgələrdə qar uçqunlarının yaranması, təpə və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və palçıq axınları kimi geoloji proseslərin başlaması və ya aktivləşməsi mümkündür (təhlükə səviyyəsi – orta),” – deyə agentliyin yaydığı məlumatda qeyd olunur.

mənbə: interpress