“Guria Energy”nin direktoru və nəzarətçi şirkətin əməkdaşı dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Sep 29, 2025 - 17:00
 0  18
“Guria Energy”nin direktoru və nəzarətçi şirkətin əməkdaşı dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi və Prokurorluğun birgə əməliyyatı nəticəsində dövlətə məxsus 403 095 lari mənimsəmə faktına görə saxlanılma həyata keçirilib.

Bu barədə DTX məlumat yayıb.

Qurumun məlumatına görə, “Guria Energy” MMC-nin direktoru M.Ž. və nəzarətçi şirkətin əməkdaşı P.R. saxlanılıb, digər əməkdaş T.M.-ə isə ittiham irəli sürüləcək.

İstintaq müəyyən edib ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin yanvarınadək Qardabani rayonunda Norio–Lilo avtomobil yolunun 3,52 km-lik hissəsinin bərpası zamanı, şirkətin direktoru M.Ž. və nəzarətçi P.R. saxta rəsmi sənədlərdən istifadə etməklə İnfrastruktur Nazirliyinə məxsus 403 095 larini mənimsəyibl.

Ekspertiza rəyinə əsasən, şirkət tərəfindən təhvil verilmiş yol istismara yararsız vəziyyətdə olub.

İş üzrə istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi “b” bəndi, 25-ci maddəsi, 180-ci maddənin 3-cü hissəsi “b” bəndi və 362-ci maddənin 2-ci hissəsi “b” bəndi ilə aparılır. Bu maddələrə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

DTX bildirib ki, korrupsiya ilə mübarizə davam etdiriləcək və bu proses geri dönməz xarakter daşıyacaq.

mənbə: interpress