Gürcüstanın iqtisadiyyat naziri istefa verib
 
                                Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib.
Bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Kobaxidze Davitaşvilinin baş nazirin iqtisadi məsələlər üzrə müşaviri, iqtisadi şuranın katibi vəzifəsini tutacağını qeyd edib.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            