Gürcüstanın yeni Baş prokuroru seçilib

Gürcüstan parlamenti Giorgi Qvarakidzeni ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.
Məlumata görə, namizədin təsdiqlənməsi parlamentin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılıb. Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə səs verən olmayıb.
Səsvermədən öncə Giorgi Qvarakidze Hüquqi Məsələlər Komitəsinin iclasında iştirak edib. O, prokurorluğun əsas prioritetləri, qarşıda duran çağırışlar və fəaliyyət planları ilə bağlı çıxış edib.
mənbə: report