Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq
 
                                Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
Bu barədə Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.
“Sizə səmimiyyətlə deməliyəm ki, biz bir az daha çox gözləyirdik. Bu təbiidir”, - deyə Mamuka Mdinaradze bildirib.
mənbə: report
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            