Gürcüstanın Baş naziri BƏƏ-də keçiriləcək sammitdə iştirak edəcək

Jan 12, 2026 - 11:18
Jan 12, 2026 - 11:20
 0  17
Gürcüstanın Baş naziri BƏƏ-də keçiriləcək sammitdə iştirak edəcək

İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin 13-15 yanvar tarixlərində Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) sammitində iştirak edəcək.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayır. Qurumun məlumatına görə, sammit çərçivəsində Kobaxidzenin əsas mövzusu "Orta Dəhliz — Avropa və Asiyanın enerji vasitəsilə birləşdirilməsi" olan tematik paneldə çıxışı planlaşdırılır.

"İrakli Kobaxidze səfər çərçivəsində iri investisiya şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirəcək. Əsas mövzusu əməkdaşlıq, investisiyalar və innovasiyalar olan Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi sammitində dövlət və hökumət başçıları, biznes liderləri, gənc innovatorlar və siyasətçilər iştirak edirlər.

Baş nazir Əbu-Dabiyə nümayəndə heyəti ilə birlikdə yola düşüb. Heyətin tərkibinə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, ədliyyə naziri Paata Salia və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir", — deyə məlumatda bildirilir.