Gürcüstandan Azərbaycana gedən yük qatarında yanğın olub

Aug 14, 2026 - 13:04
 0  17
Gürcüstandan Azərbaycana gedən yük qatarında yanğın olub

Şəmkirdə qatarda yanğın olub.

  Gürcüstandan Azərbaycana gedən yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb.

İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 mənbə: apaaz