ABŞ-ın nəhəng hərbi gəmisində dəhşət

Aug 14, 2026 - 12:08
Aug 14, 2026 - 12:09
 0  8
ABŞ-ın nəhəng hərbi gəmisində dəhşət

ABŞ-ın Yaxın Şərqdə yerləşdirilən "USS Abraham Lincoln" aviadaşıyıcısında ciddi nizam-intizam və psixoloji böhran yaşandığı iddia olunur.

 XEBER.GE xəbər verir ki, İranın "Tasnim" agentliyi gəmidə baş verən qarşıdurma zamanı 7 hərbçinin öldüyünü, bir neçəsinin isə yaralandığını yazıb.

İddialara görə, təxminən 5 min nəfərin xidmət etdiyi aviadaşıyıcı 250 gündür limana daxil olmayıb. Uzunmüddətli xidmət və ağır şərait səbəbindən heyət arasında narazılıq artıb, bəzi hərbçilərin isə özlərini dənizə ataraq intihara cəhd etdiyi bildirilir.

Məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinin gəmidə şəxsi heyətlə görüşü zamanı gərginlik yaranıb. Daha sonra mübahisənin kütləvi davaya çevrildiyi və nəticədə ölənlərin olduğu iddia edilir.

ABŞ rəsmiləri 7 hərbçinin ölümü ilə bağlı məlumatı hələlik təsdiqləməyiblər. Bununla yanaşı, bir sıra senatorlar gəmidəki xidmət şəraiti, təhlükəsizlik və şəxsi heyətin psixoloji vəziyyəti ilə bağlı araşdırma aparılmasını tələb

 

mənbə: publikaaz