Tbilisidə 235 min larilik aksizsiz siqaret ələ keçirildi: 2 nəfər tutuldu

Aug 14, 2026 - 11:53
 0  14
Tbilisidə 235 min larilik aksizsiz siqaret ələ keçirildi: 2 nəfər tutuldu

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, nişanlanmalı olan xüsusilə külli miqdarda aksizli malları qrup halında akssiz markası olmadan saxlama faktı üzrə Gürcüstanın iki vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun bildirdiyinə görə, saxlanılan şəxslər ümumilikdə bazar dəyəri 235 000 laridən çox olan 40 600 qutu "Platinum", "Manchester", "Winston" və "Kent" markalı aksizsiz siqareti qanunsuz olaraq saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sonradan satmaq və qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Tbilisi şəhərində konspirasiya qaydalarına əməl etməklə müxtəlif ərazilərdə, o cümlədən istifadələrində olan qarajda ümumilikdə bazar dəyəri 235 000 laridən çox olan 40 600 qutu "Platinum", "Manchester", "Winston" və "Kent" markalı aksizsiz siqareti qanunsuz olaraq saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır ki, bu da cəza olaraq 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq Xidməti cinayət sxeminə cəlb olunmuş ehtimal edilən digər şəxslərin müəyyən edilərək ifşası məqsədilə intensiv işləri davam etdirir.