Bu gün Tbilisidə etiraz aksiyası başlayır
“Ölkəni geri qaytaraq” adlı etiraz aksiyası bu gündən başlayır.
Aksiya saat 20:00-da parlament binası qarşısında keçiriləcək.
Qeyd edək ki, aksiyanın təşkilatçısı “Tələva” vətəndaş hərəkatıdır. Onların yaydığı məlumata görə, ölkədə seçkilər kütləvi şəkildə saxtalaşdırılıb, seçicinin səsvermənin məxfilik prinsipi pozulub, buna görə də aksiyalar gündəlik keçiriləcək
“Noyabrın 2-də, şənbə günü, saat 20:00-da qəzəbli vətəndaşlar səhnəsiz, natiqlər və liderlər olmadan Rustaveli prospektinə toplaşırlar.
Bu, qəzəb və haqsızlıq hissi ilə evdə qalmayanların etirazıdır. Ölkədə keçirilən seçkilər kütləvi şəkildə saxtalaşdırılıb. Seçicinin səsvermənin gizliliyi prinsipi kobud şəkildə pozulub ki, bu da bizim konstitusion hüquqlarımızı pozur.
SAİA səslərin hesablanması zamanı texnologiyalardan qəsdən düzgün istifadə olunmadığı üçün seçkilərin elektron üsulla keçirildiyi 2263 məntəqənin nəticələrinin ləğvini tələb edir. Bu tələb yerinə yetirilməyənə qədər etirazımız dayanmayacaq! Bundan əlavə, dünən, oktyabrın 30-da Avropa İttifaqının nümayəndəsi hökumətin qanunsuz hərəkətləri səbəbindən Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının dayandırıldığını rəsmən bəyan edib.
Gürcüstan Konstitusiyası gürcü xalqının iradəsini - Avropaya inteqrasiyaya can atmasını aydın şəkildə təsbit edir. Lakin hakimiyyət bu prosesi dayandırıb və guya hər şey qaydasındadır deyə hər gün camaata yalan danışır.
Bannerlər, fitlər, çaydanların qapaqları, barabanlar, ukulelelər və maskalar gətirin – gəlin göstərək ki, səslərimiz hər gün daha da ucalır!
Burada hamı liderdir - vətəndaş da, fəal da, qeyri-hökumət təşkilatı da, müxalifət partiyası da. Bu mübarizə hamınındır və biz bərabər hüquqlarla prosesi birlikdə idarə edirik.
Noyabrın 2-də, saat 20:00-da Rustaveli prospektində, Parlamentin qarşısında görüşək. Aksiyalar hər gün saat 20:00-dan qələbəyə qədər davam edəcək”, - məlumatda qeyd olunur.
mənbə: interpress