İranın Vitse-Prezidenti Məhəmməd Cavad Zərif istefa verib
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
Xeber.ge xəbər verir ki,
Onun bu qərarı iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən dərhal sonra gəlib.
Məlumata görə, Zərif istefa ərizəsini İran parlamentinin iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən azad olunmuşdu.
Hazırda İran Prezidenti Məsud Pezeşkiaan onun istefasını qəbul edib-etməyəcəyi barədə qərar verməyib.
mənbə: baku.ws