Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 34 əcnəbi deportasiya olunub

Jun 25, 2025 - 12:39
 0  38
Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 34 əcnəbi deportasiya olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 34 əcnəbi vətəndaşı Gürcüstandan deportasiya edib.

Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, Gürcüstandan deportasiya edilənlər Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeş vətəndaşları olub.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə qayıdışı qadağan edilib.

mənbə: apa