Senakidə oğul 65 yaşlı atasının boğazını kəsdi
Senakidə övlad 65 yaşlı atasının boğazını bıçaqlayıb.
Xeber.ge xəbər verir ki, qorxunc hadisə bu gün şəhərin Zuqdidi küçəsində, Ədliyyə Evinin yaxınlığında qeydə alınıb. Məlumata görə, münaqişə zəminində oğul təxminən 65 yaşlı atasına boğaz nahiyəsindən ağır bıçaq zərbəsi vurub.
Təqaüdçü qoca ağır vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən "isti izlərlə" dərhal hadisə yerindəcə yaxalanaraq həbs edilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11 (prima) və 19/109-cu maddələri ilə istintaq başladılıb.
Bu maddələr ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd cinayətini nəzərdə tutur. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.