Gürcüstandan 78 xarici ölkə vətəndaşı deportasiya edilib

Apr 14, 2026 - 11:52
 0  28
Gürcüstandan 78 xarici ölkə vətəndaşı deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz qalan xarici ölkə vətəndaşlarına qarşı genişmiqyaslı tədbirlər həyata keçirib.

 Son günlər ərzində 78 nəfər ölkədən məcburi şəkildə çıxarılıb.

 Xeber.ge xəbər verir ki, Miqrasiya Departamenti nazirliyin digər müvafiq bölmələri ilə koordinasiyalı şəkildə kompleks əməliyyatlar keçirib.

  Məlumata əsasən, ölkədən çıxarılanlar arasında aşağıdakı dövlətlərin vətəndaşları var:

Azərbaycan, Türkiyə, Rusiya, Belarus;

Misir, Yəmən, Somali, Kamerun, Nigeriya;

Hindistan, Pakistan, Banqladeş, İndoneziya, Çin və digər ölkələr.

  Daxili İşlər Nazirliyi bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olmasına müxtəlif müddətlərə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanın Miqrasiya Departamenti ölkədə yaşama və qalma qaydalarını pozan əcnəbilərə qarşı nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirir.