Gürcüstandan 74 xarici ölkə vətəndaşı deportasiya edilib

Mar 10, 2026 - 11:38
 0  8
Gürcüstandan 74 xarici ölkə vətəndaşı deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə ərazisində qeyri-qanuni məskunlaşan xarici vətəndaşlarla bağlı genişmiqyaslı tədbirlər həyata keçirib.

Xeber.ge xəbər verir ki, son günlər ərzində 74 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb.

Deportasiya olunanların siyahısı DİN-in Miqrasiya Departamenti tərəfindən nazirliyin digər müvafiq bölmələri ilə sıx koordinasiyada keçirilən kompleks tədbirlər nəticəsində aşağıdakı ölkələrin vətəndaşları Gürcüstandan kənarlaşdırılıb:

Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə.

Giriş qadağası tətbiq edilib Rəsmi məlumata əsasən, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub. Bildirilir ki, proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib və Miqrasiya Departamenti tərəfindən aparılan tədbirlər yekunlaşdırılıb.