Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb

Mar 19, 2026 - 13:50
 0  4
Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 214,349 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6,1 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri bir il əvvələ nisbətən 2,7 % azalaraq 95,078 milyon ABŞ dolları (ümumi ixracın 9,3 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 1,7 % artaraq 119,271 milyon ABŞ dolları (ümumi idxalın 4,8 %-i) olub.

Son bir ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 6,9 % azalaraq 3 milyard 512,43 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 22,9 % artaraq 1 milyard 026,729 milyon ABŞ dolları, idxalın dəyəri isə 15,4 % azalaraq 2 milyard 485,701 milyon ABŞ dolları olub.

mənbə: report