Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb

Mar 24, 2025 - 15:11
 0  105
Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb

Ötən ilin noyabr-dekabr ayında Gürcüstanda keçirilən etiraz aksiyaları ölkənin parlamentinə 500 min lariyə yaxın  ziyan vurub.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.

"Parlamentə yarım milyon lariyə qədər ziyan dəyib. Bunun yalnız 130 min larisi artıq ödənilib. Hazırda bəzi məsələlər ekspertizadan keçir və yekun qiymətləndirməni gözləyirik. Bizim hesablamalarımıza görə, Gürcüstan parlamentinə dəyən ümumi ziyan təxminən 500 min lari təşkil edir", - deyə Papuaşvili brifinqdə bildirib.

Parlamentin spikerinin sözlərinə görə, etirazlar zamanı, xüsusən də pirotexnika vasitəsilə parlamentin bir otağına od vurulması hər kəsin gözü qarşısında baş verib.