Gürcüstanda zəlzələ baş verib

Feb 21, 2026 - 17:37
 0  18
Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda növbəti yeraltı təkanlar qeydə alınıb.

Xeber.ge xeber  verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin gücü 3.3 bal maqnitudasında olub.

Yeraltı təkanların episentri paytaxt Tbilisidən 51 kilometr, Dmanisi şəhərindən isə cəmi 2 kilometr cənub-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə hər hansı məlumat daxil olmayıb. Zəlzələnin episentrə yaxın yaşayış məntəqələrində hiss olunduğu bildirilir.