Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda 3,1 maqnitudalı zəlzələ baş verib.
XEBER.GE xeber verir ki, Yerin Öyrənilməsi Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisidən 53 km aralıda, Qori şəhəri yakınlığında qeydə alınıb.
Onların məlumatına görə, təkanlar Tbilisi vaxtı ilə saat 11:55-də qeydə alınıb.