Gürcüstanda yaşayış müavinəti alanların sayısı kəskin azaldı

Oct 14, 2026 - 14:47
 0  31
Gürcüstanda yaşayış müavinəti alanların sayısı kəskin azaldı

Sosial Xidmətlər Agentliyinin göstəricilərinə istinadən "BusinessPressNews" tərəfindən yayılan məlumata görə, Gürcüstanda yaşayış müavinəti alanların sayında azalma davam edir.

XEBER.GE xeber  verir ki, yalnız bir ay ərzində — sentyabrda 23 241 nəfərə yaşayış müavinətinin verilməsi dayandırılıb. Avqust ayında yardım alanların sayısı 570 356 nəfər olduğu halda, sentyabrda bu göstərici 547 115 nəfərə düşüb.

2026-cı ilin ilk 9 ayında müavinət alanların siyahısından ümumilikdə 163 111 nəfər çıxarılıb. Yanvar ayında dövlətdən maliyyə yardımı alan sosial baxımdan təminatsız şəxslərin sayısı 710 226 nəfər təşkil edirdi.

Aylar üzrə mənzərə (2026-cı il):

Yanvar: 710 226

Fevral: 709 458

Mart: 667 793

Aprel: 645 920

May: 605 033

İyun: 584 137

İyul: 576 902

Avqust: 570 356

Sentyabr: 547 115

Sosial yardım alanların şişirdilmiş sayı ilə bağlı Baş nazir İrakli Kobaxidze ilk bəyanatını 2025-ci il noyabrın 26-da verərək, ölkədə sosial yardım alanların sayının faktiki yoxsul insan sayından çox olduğunu və bu göstəriciyə yeniden baxılmalı olduğunu bildirmişdi.