Gürcüstanda turizm şirkətinin direktoru saxlanılıb: Külli miqdarda dələduzluq

Feb 28, 2026 - 14:58
 0  24
Gürcüstanda turizm şirkətinin direktoru saxlanılıb: Külli miqdarda dələduzluq

Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yerli turizm şirkətlərindən birinin direktoru külli miqdarda dələduzluq ittihamı ilə saxlanılıb.

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyinin  yaydığı bəyanatda hadisənin təfərrüatları açıqlanıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşlara xarici ölkələrə turpaketlərin və səyahətlərin planlaşdırılması vədini verib.

Lakin o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və vətəndaşlara məxsus ümumilikdə 218 427 lari (təxminən 81 000 ABŞ dolları) məbləğində vəsaiti mənimsəyib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq davam etdirilir. Saxlanılan şəxsi ağır cəza gözləyir.