Gürcüstanda qızılın qiyməti artdı: 999 əyar qızılın qramı neçəyədir?
Dünya birjalarında qızılın qiymətində artım müşahidə olunur.
Son hərracların nəticələrinə əsasən, qiymətli metalın dəyəri yenidən yüksəlib.
Xeber.ge xeber verir ki, 1 unsiya qızılın qiyməti 16 dollar artaraq 4 715 dollar təşkil edib.
Qiymətli metalın dəyəri gün ərzində 0,34% artıb.
Son bir ay ərzində qızılın qiymətində 1,95% azalma qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə illik artım rekord həddə – 41%-ə çatıb.
Qlobal birjalardakı artım Gürcüstanın yerli bazarındakı qiymətlərə də təsir edib. Son məlumatlara görə:
Gürcüstanda 999 əyardan olan qızılın 1 qramının orta satış qiyməti 413 lari təşkil edir.
Yerli bazarda günlük artım təxminən 3 lari civarında olub.
Ekspertlər qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qızılın etibarlı aktiv kimi cəlbediciliyini qoruyub saxladığını bildirirlər.