Gürcüstanda Pasxa bayramından sonra yumurta bahalaşa bilər
Gürcüstanda elektrik enerjisinin tariflərinin və yanacağın qiymətinin artması quşçuluq məhsullarının satış qiymətinə təsir göstərə bilər.
Xeber.ge xeber verir ki,
Assosiasiya rəhbəri qeyd edib ki, enerji daşıyıcılarının bahalaşması istehsal xərclərini əhəmiyyətli dərəcədə artırır:
"Tariflərin artması, şübhəsiz ki, bizə mənfi təsir göstərəcək. Quşçuluq təsərrüfatlarında yem hazırlığı prosesində — buğda, qarğıdalı və digər dənli bitkilərin üyüdülməsində elektrik enerjisindən intensiv istifadə olunur. Bütün bunlar məhsulun maya dəyərində öz əksini tapır".
Z. Uçumbeqaşvilinin sözlərinə görə, fevral ayında yumurtanın qiymətində müşahidə olunan 5 faizlik ucuzlaşmanı daha yüksək artım əvəz edə bilər. Lakin o, istehsalçıların Pasxa bayramı bitənədək qiymətləri sabit saxlayacaqlarına dair öhdəlik götürdüklərini vurğulayıb:
"Söz vermişik ki, Pasxa bayramı daxil olmaqla qiymətləri artırmayacağıq və planlaşdırılan aksiyalar davam edəcək. Lakin bayramdan sonra yanacaq, logistika və yem xərclərinin artması fonunda qiymət artımı qaçılmaz görünür".
Xatırladaq ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (GNERC) qərarı ilə aprelin 1-dən etibarən Tbilisidə və regionlarda elektrik enerjisinin tarifi hər kilovat-saat üçün orta hesabla 5-6 tetri artırılacaq.