Gürcüstanda oktyabrın 22-dək yağışlı hava gözlənilir

Oct 19, 2026 - 21:40
 0  98
Gürcüstanda oktyabrın 22-dək yağışlı hava gözlənilir

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, oktyabrın 22-dək ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürəcək.

XEBER.GE xeber  verir ki, agentliyin açıqlamasında bildirilir ki, oktyabrın 20-si gecə saatlarından Şərqi Gürcüstanda, oktyabrın 21-dən etibarən isə Qərbi Gürcüstanda başlayacaq fasilələrlə yağıntı oktyabrın 22-si günün ikinci yarısınadək davam edəcək.

Ölkənin şimalındakı dağlıq ərazilərdə, həmçinin Şida Kartli, Kvemo Kartli və Kaxeti bölgələrində bəzi yerlərdə güclü yağış yağacağı gözlənilir. Şimşək çaxması və küləyin güclənməsi də mümkündür.

Güclü yağıntılar nəticəsində Enguri, Araqvi, Alazani və İori çaylarında, eləcə də onların qollarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə arta və daşqınlar baş verə bilər.

Həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi, şəhər ərazilərinin ayrı-ayrı hissələrinin su altında qalması ehtimalı var.

Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.