Gürcüstanda Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizlik Xidmətinə birləşdiriləcək
Gürcüstanda təhlükəsizlik sisteminin islahatı çərçivəsində Kəşfiyyat Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinə inteqrasiya olunacaq.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili parlamentdə 2024-cü il üzrə fəaliyyət hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, bu dəyişiklik təhlükəsizlik sistemində konsolidasiyanın dərinləşdirilməsinə, eləcə də koordinasiya və effektivliyin artırılmasına xidmət edəcək.
mənbə: report