Külli narkotik tərkibli bitkinin qanunsuz kultivasiyası və əldə edib saxlama ittihamı ilə 3 nəfər saxlanılıb

Külli miqdarda narkotik tərkibli bitkinin qanunsuz kultivasiyası və narkotik vasitə – "www marixuana"nın əldə edilib saxlanılması ittihamı ilə 1964-cü il təvəllüdlü X.X., 1982-ci il təvəllüdlü T.M. və əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü A.N. saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu tədbirlər Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarl tərəfindən həyata keçib.
Qeyd olunan cinayətlər 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Polis saxlanılan şəxslərin yaşayış evlərindən və xüsusi qurulmuş istixanalardan xüsusilə böyük miqdarda qurudulmuş marixuana aşkar edərək maddi sübut kimi götürüblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 265^1 və 273^1 maddələri üzrə aparılır. – DİN-in açıqlamasında deyilir.
mənbə: interpress