Gürcüstanda hava şəraiti dəyişir: İsti günlərdən sonra yağış gözlənilir

Feb 20, 2026 - 15:45
 0  10
Gürcüstanda hava şəraiti dəyişir: İsti günlərdən sonra yağış gözlənilir

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlər üçün rəsmi hava proqnozunu

Xeber.ge xəbər verir ki, fevralın 21-i və 22-də ölkə ərazisində nisbətən isti və əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Lakin fevralın 23-dən etibarən ölkənin əksər rayonlarında yağış yağacağı, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Paytaxt Tbilisidə yaxın günlərdə əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın sahil rayonlarında (Batumi, Kobuleti, Poti) fevralın 21-də hava yağıntısız keçsə də, artıq fevralın 22-si günün ikinci yarısından başlayaraq yağış yağacağı gözlənilir. Sahil bölgəsində fevralın 21-22-də temperatur +20, +22 dərəcəyə qədər yüksələcək, lakin fevralın 23-də kəskin enərək +12, +14 dərəcə təşkil edəcək.

Düzənlik və dağlıq rayonlarda (Kutaisi, Zestafoni, Zuqdidi) fevralın 23-də havanın temperaturu +11, +13 dərəcəyə qədər enəcək. Yüksək dağlıq ərazilərdə, o cümlədən Mestia və Baxmaroda fevralın 23-də qar yağacağı və temperaturun +2, +4 dərəcəyə qədər düşəcəyi bildirilir.

Şərqi Gürcüstanın Kartli və Kaxeti bölgələrində fevralın 21-i hava yağıntısız keçəcək, lakin fevralın 22-si və 23-də bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur. Bu bölgələrdə temperatur +13 ilə +16 dərəcə arasında dəyişəcək.

Dağlıq və yüksək dağlıq şərq rayonlarında (Bakuriani, Qudauri, Axalkalaki) fevralın 22-si və 23-də qar yağacağı gözlənilir. Burada gündüz saatlarında temperatur +4, +6 dərəcə ətrafında olacaq.