Gürcüstanda hava şəraiti dəyişir
Gürcüstan Milli Ətraf Mühit Agentliyinin martın 10-dan etibarən gözlənilən hava şəraiti ilə bağlı yeni məlumat yayıb.
Xeber.ge xeber verir ki,
Paytaxt Tbilisi və regionlar üzrə proqnoz:
- Tbilisi: Martın 10-11-də paytaxtda zəif yağıntı və duman gözlənilir. Martın 12-də isə hava əsasən yağıntısız keçəcək. Temperatur gündüz saatlarında +8°C ilə +10°C təşkil edəcək.
- Qərbi Gürcüstan (Aran, Sahil və Dağlıq rayonlar): Martın 10-dan etibarən bu bölgələrdə hava açılacaq və temperatur yüksələcək. Aran rayonlarında (Kutaisi, Zuqdidi) temperatur +16°C ilə +18°C, sahil zolağında (Batumi, Poti) isə +14°C ilə +16°C olacaq. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək.
- Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro): Yağıntısız hava şəraiti üstünlük təşkil edəcək, temperatur gündüz +9°C ilə +11°C dərəcəyə çatacaq.
- Şərqi Gürcüstan (Kartli və Kaxeti): Martın 10-11-də duman və zəif yağıntı ehtimalı var. Martın 12-dən etibarən yağıntısız hava bərqərar olacaq. Temperatur bölgələrdən asılı olaraq +8°C ilə +11°C arasında dəyişəcək.
- Şərqi Gürcüstanın dağlıq rayonları (Borjomi, Axaltsixe): Duman və zəif yağıntı gözlənilir, gündüz temperatur +7°C ilə +9°C olacaq.
- Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Qudauri, Bakuriani, Axalkalaki): Martın 10-11-də bəzi yerlərdə zəif qar və duman gözlənilir. Martın 12-də yağıntı kəsiləcək. Temperatur gündüz saatlarında -2°C ilə -4°C şaxta təşkil edəcək.