Gürcüstanda növbəti 3 günün hava proqnozu
22-24 noyabr tarixlərində Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək.
Xeber.ge xeber verir ki, sinoptiklərin proqnozuna görə, Tbilisidə də yağmursuz hava olacaq və gündüz havanın temperaturu +19, +21 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): İsti və yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +21, +23 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın ovalıq rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): İsti və yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambroalauri, Oni, Çağeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): İsti və yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +22, +24 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +16, +18 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro): Yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +19, +21 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +18, +20 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Yağmursuz hava gözlənilir. Gündüz havanın temperaturu +15, +17 dərəcə təşkil edəcək.