Gürcüstanda genişmiqyaslı anti-narkotik əməliyyatı-VİDEO

Apr 29, 2026 - 12:57
 0  54

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyatın nəticələrini açıqlayıb.

Əməliyyat zamanı külli miqdarda narkotik maddə, silah-sursat və nağd pul ələ keçirilib.

 Xeber.ge xəbər verir ki, bu barədə DİN-in Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze keçirdiyi brifinqdə məlumat verib.

Məlumata əsasən, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində aralarında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşlarının olduğu 84 nəfər narkocinayətlərdə şübhəli bilinərək saxlanılıb.

İstintaq müddətində hakimin müvafiq qərarı ilə narkotik satıcılarının ifşası məqsədilə gizli audio və video çəkilişlər aparılıb, həmçinin narkotiklərin "nəzarətli alışı" həyata keçirilib.

Saxlanılan şəxslərin evlərinə, avtomobillərinə və göstərdikləri gizli yerlərə baxış zamanı maddi sübut kimi aşağıdakı maddələr müsadirə edilib:

  • Heroin, kokain, metadon, buprenorfin, marixuana və digər psixotrop maddələr;
  • Narkotiklərin qablaşdırılması üçün avadanlıqlar;
  • Narkotik satışından əldə olunduğu ehtimal edilən külli miqdarda nağd pul;
  • Odlu silahlar və döyüş sursatı.

Əməliyyat çərçivəsində ölkəyə narkotik gətirilməsi cəhdinin də qarşısı alınıb. Tbilisi Beynəlxalq Hava Limanında Maliyyə Nazirliyinin Gömrük Departamenti ilə birgə keçirilən əməliyyatda Ukrayna vətəndaşı saxlanılıb.

Onun üzərindən tərkibində buprenorfin olan 2 500-dən çox həb aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi (narkotik vasitələrin qanunsuz istehsalı, satışı, ölkəyə gətirilməsi və silah saxlama) üzrə istintaq davam edir.

Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömmürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.