Gürcüstanda böyük biznesdə orta aylıq əməkhaqqı 2 297 lari təşkil edir

Oct 3, 2025 - 11:05
Oct 3, 2025 - 11:08
 0  18
Gürcüstanda böyük biznesdə orta aylıq əməkhaqqı 2 297 lari təşkil edir

2024-cü ildə biznes sektorunda muzdlu işləyənlərin orta aylıq əməkhaqqı 2 024 lari 40 tetri olub. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin – “Sakstat”ın 2024-cü il müəssisələrin araşdırmasına dair hesabatında qeyd olunur.

Rəsmi məlumata görə, biznes sektorunda orta əməkhaqqı 2023-cü illə müqayisədə 197 lari 20 tetri artıb.

Müəssisələrin ölçüsünə görə isə orta aylıq əməkhaqqı belə bölünür:

Böyük biznesdə – 2 297 lari 40 tetri,

Orta biznesdə – 2 443 lari 80 tetri,

Kiçik biznesdə – 1 437 lari 50 tetri.

Xatırladaq ki, həmin məlumatlara əsasən, 2024-cü ildə biznes sektorunun dövriyyəsi 11,6 faiz artaraq 228,5 milyard lariyə çatıb.

mənbə: marneulifm