Gürcüstanda birinci sinfə qəbul qaydaları dəyişdirilir

Mar 3, 2026 - 14:51
 0  14
Gürcüstanda birinci sinfə qəbul qaydaları dəyişdirilir

 

 Gürcüstan hökumətinin qərarı ilə 2026-2027-ci tədris ili üçün birinci sinfə qəbul qaydalarında istisna tətbiq olunacaq.

Xeber.ge xəbər verir ki, yeni qaydaya əsasən, dekabrın 31-i də daxil olmaqla, həmin tarixə qədər 6 yaşı tamam olan uşaqlar məktəbə qəbul oluna biləcəklər.

Qeyd edək ki, ümumi təhsil islahatı çərçivəsində Elm və Təhsil Nazirliyi əvvəlcə qeydiyyatın yalnız sentyabrın 15-nə qədər 6 yaşı tamam olan uşaqlar üçün keçərli olmasını planlaşdırırdı.

Gürcüstanın elm və təhsil naziri Qivi Mikanadze bu gün keçirdiyi brifinqdə bildirib ki, sözügedən qərar əhalinin maraqları və çoxsaylı müraciətləri nəzərə alınaraq dəyişdirilib.

Xatırladaq ki, bu güzəşt valideynlərə övladlarını daha erkən yaşda məktəbə göndərmək seçimi verir, lakin bu məcburi xarakter daşımır.