Gürcüstanda avtomobil alqı-satqısında yenilik
Bu gündən etibarən avtomobillərin adına keçirilməsi (alğı-satqı rəsmiləşdirilməsi) artıq məsafədən də mümkün olacaq.
XEBER.GE xəbər verir ki, bu barədə Xidmət Agentliyi məlumat yayıb.
"Bundan sonra Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində nəqliyyat vasitəsinin məsafədən adına keçirilməsi xidməti istifadəyə verilib.
Xidmət Agentliyinin SERVICE AGENCY mobil tətbiqi və ya sa.gov.ge internet saytı vasitəsilə fiziki şəxs öz adına qeydiyyatda olan nəqliyyat vasitəsini məsafədən başqa şəxsə sata və adına keçirə bilər.
Xidmətdən istifadə etmək üçün maraqlanan şəxs mobil tətbiqdə və ya internet saytında avtorizasiyadan keçməli və göstərilən təlimatlara əməl etməlidir", – deyə yayılan məlumatda bildirilir.