Gürcüstanda 750-dək modul tipli müvəqqəti məktəb quraşdırılacaq

Aug 27, 2026 - 13:22
 0  18
Gürcüstanda 750-dək modul tipli müvəqqəti məktəb quraşdırılacaq

Gürcüstan Bələdiyyə İnkişaf Fondunun məlumatına görə, Gürcüstan miqyasında modullu müvəqqəti məktəb infrastrukturlarının quraşdırılması planlaşdırılır. Modulların satın alınması məqsədilə Fond artıq tender elan edib.

XEBER.GE xeber  verir ki, fondun bildirdiyinə görə, bu modullardan yeni binaların tikintisi və ya mövcud binaların reabilitasiyası dövründə müvəqqəti tədris məkanının yaradılmasına ehtiyac duyulan məktəblərdə olunması nəzərdə tutulur. Modul məktəb dedikdə, zavodda istehsal olunmuş, daşınan tədris sahələrindən yığılan və yerində tez bir zamanda quraşdırılması mümkün olan komplekslər nəzərdə tutulur.

Ümumilikdə 750-yədək modulun satın alınması planlaşdırılır — 600 sinif otağı, 100 inzibati və 50 sanitar qovşağı modulu.

"Modullu müvəqqəti məktəb infrastrukturunun əldə edilməsi qərarı İnfrastruktur və Təhsil nazirlikləri tərəfindən birgə qəbul edilib. Təşəbbüsün məqsədi yeni məktəblərin tikintisi və mövcud olanların bərpası dövründə şagirdlər üçün vaxtında təhlükəsiz, tam təchiz olunmuş və tədris prosesinə uyğun müvəqqəti məkanlar yaratmaqdır ki, tikinti işləri səbəbindən təhsil dayandırılmasın və şagirdlərin başqa məktəblərə köçürülməsi ehtiyacı maksimum dərəcədə azaldılsın.

Modul məktəblər zavodda istehsal olunan, tam təchiz edilmiş və daşınan tədris sahələrindən yığılan məktəb kompleksləridir ki, onların yerində quraşdırılması qısa müddətdə mümkündür. Onların istifadəsi yeni binanın tikintisi və ya mövcud binanın bərpası dövründə şagirdlər üçün müvəqqəti təhsil sahəsinin təşkilinə ehtiyac yaranan məktəblərdə planlaşdırılır.

Modul məktəblər vasitəsilə şagirdlər təhsillərini müvəqqəti olaraq birbaşa məktəbin ərazisində və ya ona yaxın, təhlükəsiz və tam təchiz olunmuş mühitdə davam etdirə biləcəklər. Bu, şagirdlərin başqa məktəblərə köçürülməsi və gündəlik nəqliyyat ehtiyacını azaldacaq, tədris prosesinin fasiləsizliyinə təkan verəcək.

Layihə istismara hazır məktəb modullarının satın alınmasını və ehtiyaca uyğun olaraq yerində quraşdırılmasını nəzərdə tutur. Müvafiq ərazilərdə, ehtiyac olarsa, xarici mühəndis infrastrukturu da qurulacaq.

Layihə çərçivəsində bir neçə tipli, ümumilikdə 750-yədək modulun — 600 sinif otağı, 100 inzibati və 50 sanitar qovşağı modulunun satın alınması nəzərdə tutulub", — bəyanatda deyilir.

İnkişaf Fondu həmçinin bildirir ki, hər bir sinif otağı modulu 10-12 şagird və bir müəllim üçün nəzərdə tutulacaq və bütün modullar lazımi sistemlərlə təchiz ediləcək. Bu infrastruktur çoxdəfəli istifadə üçün nəzərdə tutulub və ehtiyaca uyğun olaraq yeni əraziyə köçürülə bilər.

"Sinif otağının hər bir modulu 10-12 şagird və bir müəllim üçün nəzərdə tutulacaq. İnzibati modullarda məktəb administrasiyası, mandatur və həkimin iş sahələri, habelə təsərrüfat otaqları və müvafiq sanitar qovşaqları yerləşəcək.

Modulları ehtiyaca uyğun ölçüdə və planlaşdırmada vahid məktəb sahəsi yaratmaq üçün bir-birinə birləşdirmək mümkün olacaq. Ehtiyac yarandıqda, onları fərqli konfiqurasiyada və iki mərtəbəli şəkildə yerləşdirmək də mümkün olacaq.

Bütün modullar elektrik təchizatı, işıqlandırma, isitmə-soyutma, yanğın təhlükəsizliyi, videonəzarət və informasiya-kommunikasiya sistemləri ilə təmin olunacaq və əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırılacaq.

Modullu müvəqqəti infrastruktur çoxdəfəli istifadə üçün nəzərdə tutulub — konkret məktəbdə ehtiyac başa çatdıqdan sonra modulları söküb başqa əraziyə daşımaq və yenidən quraşdırmaq mümkün olacaq", — deyə İnkişaf Fondu bəyan edir.

Qurumun məlumatına görə, bu cür modullu müvəqqəti tədris məkanlarının istifadəsi Avropa ölkələrində, xüsusən məktəblərin tikintisi və bərpası dövründə müvəqqəti tədris sahələrinin sürətlə qurulması tələb olunduqda sınaqdan çıxmış təcrübədir.