Gürcüstana gələn xarici turistlərin sayı açıqlandı

Nov 3, 2025 - 10:26
 0  20
Gürcüstana gələn xarici turistlərin sayı açıqlandı

Gürcüstana səfərlərin əsas məqsədi istirahət və əyləncə olub.
 Gürcüstanı 2025-ci ilin iyul–sentyabr aylarında 3 milyon səyyah ziyarət edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə 

müqayisədə 6,6% çoxdur.

Xeber.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti “Sakstat”ın məlumatında deyilir.

15 yaşdan yuxarı şəxslərin səfərlərinin sayı isə 2,5 milyon təşkil edib, bu da 2024-cü ilin üçüncü rübü ilə müqayisədə 6,8% artım deməkdir.