Gürcüstan XİN rəhbəri Mirzoyanla regionu müzakirə etdi

Mar 6, 2025 - 21:30
 0  39
Gürcüstan XİN rəhbəri Mirzoyanla regionu müzakirə etdi

Ermənistan və Gürcüstanın xarici işlər nazirləri (XİN) Ararat Mirzoyan və Maka Boçorişvili Cənubi Qafqaz regionunda aktual məsələləri müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Telefon danışığı zamanı XİN başçıları ikitərəfli gündəlik və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Onlar həmçinin yüksək səviyyəli Ermənistan-Gürcüstan siyasi dialoqu çərçivəsində nəzərdə tutulan gələcək proqramları müzakirə ediblər.

mənbə: axar