Gürcüstan sərhədini qanunsuz keçməyə görə iki mərakeşli saxlanılıb

Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin Sərhədin İdarə Olunması və Əlaqələndirmə Baş İdarəsinin və həmin idarənin Acarıstan İstintaq Xidmətinin əməkdaşlarının birgə əməliyyat və istintaq tədbirləri nəticəsində iki mərakeşlinin Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçməkdə ittiham olunaraq saxlanılıb.
Saxlanılanlar 1991-ci il təvəllüdlü J.K. və 1984-cü il təvəllüdlü M.A.-dır. Araşdırmalar göstərib ki, onlar sərhəd buraxılış məntəqəsini keçmədən, qrup halında dövlət sərhədini qanunsuz keçiblər.
Hər iki şəxs barəsində cinayət işi açılıb və polis onları şübhəli şəxs kimi saxlayıb. Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu əməl 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
mənbə: marneulifm