Gürcüstan Prokurorluğu: Facebook-dan intim görüntülər oğurlayan şəxs tutulub

Feb 26, 2026 - 20:04
 0  8
Gürcüstan Prokurorluğu: Facebook-dan intim görüntülər oğurlayan şəxs tutulub

Gürcüstan Baş Prokurorluğu şəxsi həyatın sirrinin qanunsuz ələ keçirilməsi və yayılması faktı ilə bağlı bir nəfərin saxlanılması barədə məlumat yayıb.

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin "Facebook" sosial şəbəkəsindəki hesabına qanunsuz daxil olaraq, oradan ona məxsus intim xarakterli foto və video materialları yükləyib. Daha sonra həmin şəxs əldə etdiyi materiallarla zərərçəkmişi şantaj etməyə başlayıb.

Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi açılıb. Törədilən əmələ görə təqsirləndirilən şəxsi cəza tədbiri olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq tədbirləri davam etdirilir.