Gürcüstan Parlamenti təsdiqlədi: Avtomobillərin gömrük rüsumu kəskin artır

Mar 17, 2026 - 22:46
Mar 17, 2026 - 22:47
 0  11
Gürcüstan Parlamenti təsdiqlədi: Avtomobillərin gömrük rüsumu kəskin artır

Gürcüstan Parlamenti avtomobillərin aksiz dərəcələrinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

  Xeber.ge xeber  verir ki, yeni qaydalar həm köhnə, həm də yeni avtomobillərin rəsmiləşdirilməsi xərclərinə təsir edəcək.

Qanun layihəsinə əsasən, Vergi Məcəlləsinin 188-ci maddəsinə edilən düzəlişlərlə mühərrik həcminin hər kubsantimetrinə (sm³) görə ödəniləcək məbləğlər aşağıdakı kimi müəyyən edilib:

  • 0-dan 6 ilədək (daxil olmaqla) olan avtomobillər üçün: 1 sm³ üçün 1,5 lari;
  • 6 ildən yuxarı olan avtomobillər üçün: 1 sm³ üçün 4,5 lari.

Xatırladaq ki, fevralın 12-də Baş nazir İrakli Kobaxidze 6 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin tamamilə qadağan edilməsi təklifi ilə çıxış etmişdi. Lakin martın 12-də hökumət başçısı qərarın dəyişdirildiyini açıqlayıb.

 Qadağa əvəzinə, köhnə avtomobillərin idxalını iqtisadi cəhətdən tənzimləmək məqsədilə aksiz dərəcələrinin kəskin artırılması yolu seçilib.

İlkin olaraq yalnız köhnə avtomobillərdən bəhs edilsə də, qanun layihəsinin dərcindən sonra məlum olub ki, yeni tənzimləmələr 6 yaşınadək olan müasir avtomobillərin də rəsmiləşdirilməsi qiymətlərinə təsir göstərəcək.

Dəyişikliklər 1 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.