Gürcüstan parlamenti 8 yüksək vəzifəlinin mandatını ləğv etdi
Prezident və müxalifət tərəfindən tanınmayan Gürcüstan parlamenti bu gün səkkiz deputatın mandatını ləğv edib.
Məsələ dekabrın 10-da səsverməyə çıxarılıb və təsdiqlənib.
“Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, partiya sədri – keçmiş baş nazir İrakli Qaribaşvili, hazırkı baş nazir İrakli Kobaxidze, prezidentliyə namizəd Mixail Kavelaşvilinin, habelə nazir və nazir müavinlərinin deputat mandatları ləğv edilib:
İrakli Kobaxidze (baş nazir);
Maki Boçorişvili (xarici işlər naziri);
Anri Oxanaşvili (ədliyyə naziri);
David Sonqulaşvili (Ətraf mühit və kənd tsərrüfatı naziri);
Mariam Kvrivişvili (İqtisadiyyat nazirinin müavini);
Bidzina İvanişvili (“Gürcü arzusu”nun fəxri sədr”);
İrakli Qaribaşvili (“Gürcü arzusu”nun sədri);
Mixeil Kavelaşvili (“Gürcü arzu”sundan prezidentliyə namizəd).
Mandatlara xitam verilməsi qərarının əleyhinə səs verən olmayıb.
11-ci çağırış parlamentin iclaslarında yalnız “Gürcü arzusu”nun üzvləri iştirak edib. Bundan əvvəl müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını hesab edərək, parlamentin legitimliyini tanımadıqları üçün mandatlarından imtina ediblər.
mənbə: modern