Gürcüstan hakimiyyəti geri çəkilir?

Dec 20, 2024 - 21:34
 0  139
Gürcüstan hakimiyyəti geri çəkilir?

Gürcüstan hakimiyyəti ölkədə etiraz dalğasına səbəb olan “xarici agentlər” haqqında qanuna dəyişiklik edəcəyini vəd edib.

Bu barədə Avropa Şurasının baş katibi Alen Berset Tbilisidə mətbuat konfransında bildirib.

“Alqışlayıram və sizə məlumat verirəm ki, hökumət xarici təsir haqqında qanunun məzmununu dəyişdirməyi vəd edib... Bu məqsədlə Gürcüstan və Avropa Şurası, o cümlədən Venesiya nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulduğu və Venesiya Komissiyasının göstərdiyi kimi qanunvericilik Avropa standartlarına tam uyğun olması üçün dəyişdirilməlidir.

Berse ümid edir ki, oxşar proseslər bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, seçki islahatları, həbsxana və probasiya islahatları kimi digər sahələrdə də həyata keçirilə bilər.

mənbə: publika