Gürcüstan bu məsələyə şillə kimi cavab verdi
Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib.
Bunu Milli Məclisin oktyabrın 29-da keçirilən plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər:
“Bizdən üzr istədikdən sonra yenidən bu cür addımlar atırdılar. Əslində Avropanın 120 deputatı bu sənədə qarşı çıxış etdi. Macarıstan, İtaliya, Avropa Birliyinə daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr AP-nin addımına cavab verdilər. Gürcüstan bu məsələyə şillə kimi cavab verdi. Hesab edirəm ki, bizim üçün bu addımlara qarşı birləşmək vacibdir”.
mənbə: report