Gürcüstan "3+3" platformasına qoşulma məsələsinə aydınlıq gətirdi

Apr 12, 2025 - 21:17
 0  17
Gürcüstan "3+3" platformasına qoşulma məsələsinə aydınlıq gətirdi

Gürcüstan Cənubi Qafqaz üzrə "3+3" platformasına qoşulmağı planlaşdırmır.

Bu barədə respublikanın xarici işlər naziri Maka Boçorişvili Antalya diplomatik forumu çərçivəsində müzakirə zamanı bildirib.

"Gürcüstan bu formatın ("3+3") bir hissəsi deyil. Biz bütün qonşularımızla əməkdaşlıq edirik. Yalnız Rusiya istisnadır və bunun səbəbi var. Buna görə biz bu formatın bir hissəsi olmağı nəzərdən keçirmirik və keçirə bilmərik", - deyə Boçorişvili bildirib.

O qeyd edib ki, Gürcüstanın Rusiya ilə yalnız bir formatı var - Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə müzakirələri; Bu format ölkə üçün çox vacibdir, çünki münaqişə ilə bağlı məsələləri müzakirə etməyə imkan verir.

Xarici işlər naziri həmçinin vurğulayıb ki, Gürcüstanın digər qonşuları - Ermənistan, Azərbaycan, Türkiyə ilə mükəmməl regional əməkdaşlığı var və ölkə regionda tərəfdaşlığı dərinləşdirməyə hazırdır.

mənbə: oxu