Gürcü müxalifəti hər kəsi tətilə çağırdı
Gürcüstanın müxalifət liderləri vətəndaşları məzuniyyət və istirahət günləri götürməyə və etirazlara qoşulmağa çağırıb.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bununla bağlı Vahid Milli Hərəkat, Güclü Gürcüstan, Dəyişiklik Koalisiyası və Gürcüstan uğrunda Qaxariya partiyaları birgə bəyanat imzalayıblar.
Müxalifət liderləri həmçinin işəgötürənlərdən müdaxilə etməmələrini və işçilərin məzuniyyətə çıxmasına icazə vermələrini xahiş ediblər.
mənbə: axar