Litva İvanişvilinin ölkəyə girişinə qadağa qoydu

Litva Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvili və Gürcüstan Daxili İşlər Nazirliyinin 10 əməkdaşının ölkəyə girişini qadağan edib.
Bu barədə Litva xarici işlər naziri Qabrielyus Landsbergis məlumat verib.
“Bidzina İvanişvili, Vaxtanq Qomelauri və Gürcüstan Daxili İşlər Nazirliyinin digər doqquz əməkdaşına insan haqlarının pozulması ittihamı ilə Litvaya girişi qadağan edilib”, - nazir bildirib.
mənbə: axar