Gürcü Arzusu Tbilisidə aksiya keçirəcək
Hökumətin “Gürcü Arzusu”nun planlaşdırdığı tədbirlə əlaqədar Rustaveli prospekti və Azadlıq meydanı hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Tbilisi meriyası məlumat yayıb.
"Oktyabrın 23-nə planlaşdırılan tədbirlə əlaqədar olaraq Rustaveli prospektində, Çanturiya küçəsindən Azadlıq meydanı daxil olmaqla avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Kote Abxaziya və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində də nəqliyyatın hərəkəti qadağan edilib.
Barataşvili körpüsünün enişinə qədər və Rustaveli prospektindən Çanturiya küçəsinə qədər olan hissədə nəqliyyatın hərəkəti mümkündür. Mtkvarinin sağ və sol sahilindən Azadlıq meydanına gedən avtomobillər Puşkin küçəsinin başlanğıcına qədər hərəkət edə bilər. Barataşvili küçəsindən Rustaveli prospekti istiqamətində hərəkətə Tabukaşvili küçəsindən istifadə etməklə icazə verilir.
Rustaveli prospektində nəqliyyatın hərəkətinə Çanturiya küçəsinə qədər olan hissədə icazə verilir. Müvafiq olaraq, Lesia Ukrainka, Jorjadze, Çiçinadze, 9 Aprel, Furtseladze və Qudiaşvili küçələrində hərəkət məhdudlaşdırılıb.
İctimai nəqliyyata gəlincə, Rustaveli prospekti ilə hərəkət edən avtobuslar və mikroavtobuslar Çanturiya küçəsindən Virsaladze küçəsinə hərəkət edərək Mtkvarinin sağ sahilindən keçərək Barataşvili körpüsündə enişə doğru hərəkət edəcəklər; Tbilisi-Kojri avtomobil yolundan Azadlıq meydanı istiqamətində hərəkət edən ictimai nəqliyyat Amaqali küçəsi 11 saylı ünvanda dayanacaq və qeyd olunan ünvandan əks istiqamətdə sərnişinlərə də xidmət göstərəcək; Avlabari meydanı və Qorqasali küçəsindən hərəkət edən nəqliyyat vasitələri Avropa Meydanına, sonra isə geriyə hərəkət edəcək”, - məlumatda deyilir.
mənbə: interpress