İrakli Kobaxidzenin Qurban Bayramı Təbriki

May 27, 2026 - 21:34
 0  9
İrakli Kobaxidzenin Qurban Bayramı Təbriki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edir.

Xeber.ge xeber  verir ki, Baş nazirin qeyd etdiyi kimi, müsəlmanlarla çoxəsrlik birgəyaşayış, bir-birinin adət-ənənə və mədəniyyətinə hörmət Gürcüstanın güclü gələcəyinin qurulduğu xəzinədir.

"Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı dəstək və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Bizim çoxəsrlik qardaşlıq birgəyaşayışımız, bir-birimizin adət-ənənə və mədəniyyətinə hörmətimiz hər birimizin qürur duyduğu və ölkəmizin güclü gələcəyinin qurulduğu xəzinədir. Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram", — deyə Baş nazir qeyd edir.