Saakaşvili müxalifətə müraciət etdi: Başlayın

Jul 15, 2025 - 13:59
 0  122
Saakaşvili müxalifətə müraciət etdi: Başlayın

Gürcüstan müxalifəti passiv etirazlarla məhdudlaşmamalı, real fəaliyyətə başlamalıdır.

Bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, ölkənin keçmiş baş naziri və hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili indi çox proqnozlaşdırıla biləndir, ona görə də “rejimin hər yeni hərəkətindən çoxlarının niyə təəccübləndiyi aydın deyil”.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, ölkə prezidenti Mixail Kavelaşvilinin siyasətçilərin seçkilərdə iştirakı müqabilində əfv edilməsi təklifi Saakaşviliyə təsir etməyəcək, çünki bu, Ukrayna vətəndaşlarına şamil edilmir.

Eyni zamanda, təşəbbüsün təsirinə məruz qala biləcək müxalifət liderləri də seçkilərdə iştirak etmək niyyətində olmadıqlarını bildiriblər.

mənbə: publika